DYP cəriməsini ödəmək istəyən vətəndaşın BAŞINA İŞ GƏLDİ - FOTO

DYP cəriməsini ödəmək istəyən vətəndaşın BAŞINA İŞ GƏLDİ - FOTO
Foto
Hadisə 10

Azərbaycanda DYP cəriməsini ödəmək istəyən vətəndaşın başına iş gəlib.

Bu barədə şikayəti vətəndaş BAKU.WS-in "qaynar xətti"nə edib.

Onun sözlərinə görə, hadisə bu gün səhər saatlarında baş verib.

Belə ki, şəxs dayanma-durma qaydalarını pozduğu üçün gələn cəriməni ödəmək istəyən zaman dələduzluqla üzləşib:

"İnstaqramda qarşıma "asan cerime" adlı səhifə çıxdı. Burada DYP və BNA cərimələrinin 25 noyabr tarixinə qədər 40 faiz endirimlə ödənişi ilə bağlı məlumat qeyd olunmuşdu. Ödəniş etmək istədim, kart məlumatlarım oğurlandı. 125 manat pul çıxıldı".

Zərərçəkmiş şəxs bildirir ki, "asan cerime" adlanan instaqram hesabı və orada "ödəniş" üçün yerləşdirilən bölmə rəsmi qurumların sosial şəbəkələrdəki səhifələrinə çox oxşayıb. Vətəndaş elə bu səbəbdən də aldandığını deyir. Məsələ ilə bağlı polisə də məlumat verilib.

Son xəbərlər