İki nəfərin öldüyü dəhşətli qəzanın təfərrüatları - Əsgər yanından gəlirlərmiş - VİDEO
12
avq
2024
09:17
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün səhər saat 12 radələrində Şəkidə baş vermiş ölümlə nəticələnən ağır yol qəzasının bəzi təfərrüatları məlum olub.
BAKU.WS xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, yük maşını ilə toqquşaraq vəfat edən “Opel” markalı minik avtomobilinin sərnişinləri hərbi xidmətdə olan övladlarını görmək üçün yola çıxıblarmış.
Məlumata görə, vəfat edənlərdən biri sürücü, digəri isə əsgərin anasıdır. Onun atası və bacısının müxtəlif dərəcəli xəsarətlər aldığı qeyd olunur.
Hadisə yerindən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...