Dövlət Komitəsi zorakılığa məruz qalmış 15 yaşlı qızla görüşdü
Yeniliklərdən dərhal xəbərdar olun
Bərdə rayonunda yetkinlik yaşına çatmayan şəxsə qarşı cinsi zorakılıq faktı ilə bağlı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daxil olmuş müraciətə əsasən dərhal aidiyyəti qurumlarla, Rayon İcra Hakimiyyəti və Bərdə Rayon Polis İdarəsi ilə əlaqə saxlanılıb.
Bu barədə BAKU.WS-ə komitədən məlumat daxil olub.
Komitənin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları tərəfindən ailəyə səfər edilərək müvafiq söhbət aparılmış və 15 yaşlı qızın psixoloji vəziyyəti qiymətləndirilmişdir. Azyaşlının psixoloji reabilitasiya tədbirlərinə cəlb olunması nəzərdə tutulur.
Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə cinayət işi başlanılıb.
Oxşar xəbərlər
15 yaşlı qızı evlənmək adı ilə Novxanıdakı evinə apardı, dəfələrlə əlaqəyə girdi - ŞOK TƏFƏRRÜAT
Abşeron rayonunda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda ittiham olunan 1999-cu il təvəllüdlü İlham Cəlilovun cinayət işi üzrə məhkəmə prosesi ba...