Dostunu yola salıb, xəbər almaq üçün yenidən hava limanına gəldi: "Dağıstana uçurdu"
Yeniliklərdən dərhal xəbərdar olun
AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin sərnişini Həbib İsmayılov iş üçün Dağıstana gedirmiş.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə onun dostu Vüqar İsmayılov jurnalistlərə verdiyi məlumatda qeyd edib.
"Hələ ki, necə olduğunu bilmirik, deyirlər, rəsmi məlumat yoxdur. Bu gün səhər saat 6-da yola saldıq. Alverlə məşğul olurdu, iş üçün Dağıstana gedirdi".
Qeyd edək ki, bu gün səhər saatlarında Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarə Aktauda qəzaya uğrayıb. Məlumata görə, təyyarənin göyərtəsində 67 nəfər olub. Son məlumatlara əsasən, qəzadan sonra 32 nəfərin sağ qaldığı bildirilir.
Oxşar xəbərlər
"Pərviz Abubəkirovun ali təhsili yoxdur, diplomu saxtadır" - Qənirə Ataşovadan həmkarına sərt ittihamlar
"Azərbaycan səhiyyəsi daha bir diplomsuz rəhbərdən xilas oldu. Pərviz Abubəkirov uzun illər tutduğu Səhiyyə Nazirliyinin mətbuat katibi vəzifəsindən ayrıldı. Bu...