Dostları da qəza qurbanı olubmuş... - FOTO
Xəbər verdiyimiz kimi, aprelin 28-də paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində "Azsamand" markalı avtomobil idarəetmədən çıxaraq idman zalına çırpılıb. Hadisə zamanı 2000-ci il təvəllüdlü Orxan Qurbanov aldığı xəsarətdən hadisə yerində ölüb.
BAKU.WS "Unikal"a istinadən xəbər verir ki, qəzanın qurbanı olan Orxanın dostlarının sosial şəbəkədə paylaşdığı foto diqqət çəkib.
Belə ki, həmin fotodakı dostların hər üçü yol-nəqliyyat hadisəsinin qurbanı olublar. Onlardan Araz Kazımlı 2023-cü il oktyabrın 4-də idarə etdiyi "Mercedes"lə qəzaya düşərək həyatını itirib.
Əli Cəfərov isə 2024-cü ilin martda Cəbrayılda ağır qəzada dünyasını dəyişib.
Fotoda: Orxan Qurbanov
Oxşar xəbərlər
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Neftçalada piyadanın ölümü ilə nəticələnən yol qəzası olub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Kürqarabucaq kəndində qeydə alı...