Anasının atıb getdiyi Sarayın meyiti TAPILDI
2024-cü il dekabrın 24-də Zərdab rayonunda Kür çayında batan 13 yaşlı yeniyetmə qızın meyiti yanvarın 2-də tapılıb. Meyit batdığı yerdən təxminən 15 kilometr aralıda, Kür çayının Kürdəmir rayonunun Söyüdlü kəndi ərazisindən keçən hissəsində aşkarlanıb.
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Dalğıc-axtarış qrupunun əməkdaşları meyiti sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Mərhumun nənəsi Aişə Kərimova hadisə ilə bağlı danışaraq bildirib:
"Uşağı səhər dərsə yola salmışdım. Qardaşı ilə birlikdə evdən çıxmışdılar. Yolda məktəbdə işləyən xadimə ona "Gəl, birlikdə gedək" desə də, Saray "Sən get, mənim işim var, adam gözləyirəm" deyib. Sonra gözlədiyi qıza "İlkin müəllimə deyərsən ki, Saray Kürə getdi" söyləyib. Bilmirəm ki, aralarında nə baş verib. Dekabrın 4-də də ad günü idi. Anası zəng etmişdi. Nə qədər desək də, onunla danışmaq istəmədi. Anası üç il əvvəl uşaqlarını qoyub başqasına ərə gedib".
Hadisə ilə bağlı araşdırma aparılır.
Ətraflı Baku TV-nin süjetində:
***11:58
Ötən il dekabr ayının 24-də səhər saatlarında Zərdabda Kür çayında batan 2011-ci il təvəllüdlü Kərimli Saray Sərvan qızının meyiti tapılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, meyit batdığı yerdən təqribən 15-16 km aralıda Kür çayının Kürdəmir rayon Söyüdlü kəndi ərazisindən keçən hissəsində aşkarlanıb.
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Dalğıc axtarış qrupunun əməkdaşları meyiti sudan çıxararaq aidiyyəti üzrə təhvil verib.
Hazırda faktla bağlı araşdırma aparılır
Oxşar xəbərlər
Azərbaycan Gimnastika Federasiyasının sabiq prezidenti vəfat edib
Azərbaycan Gimnastika Federasiyasının (AGF) sabiq prezidenti və Milli Olimpiya Komitəsinin keçmiş baş katibi Faiq Rəcəbov vəfat edib. Uzun illər Azərbaycan idma...