Dənizdəki qayıqdan tapılan meyitlər itkin düşən idmançılara aiddir

Dənizdəki qayıqdan tapılan meyitlər itkin düşən idmançılara aiddir
Hadisə 7738
"Neft Daşları yaxınlığında tapılan meyitlər 17 yaşlı Nüsrət Nəzərzadə və onun 15 yaşlı dostu Aqil Təbirliyə məxsusdur".BAKU.WS-in məlumatına görə, bu barədə GoldNews.Az-a itkin düşən gənclərin yaxınları məlumat veriblər. Bildiriblər ki, bu barədə müvafiq qurumlardan hər iki gəncin ailəsinə məlumat verilib. Bildiriblər ki, onların tapılması barədə məlumat aidiyyəti qurumlara ötürülüb. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-3" gəmisi qayığın tapıldığı əraziyə cəlb olunub. Hazırda meyitlərin götürülməsi və qayığın sahilə çıxarılması ilə bağlı zəruri tədbirlər görülür.Qeyd edək ki, aprelin 18-də Sumqayıt şəhərində yaşayan gənc idmançı 17 yaşlı Nüsrət Nəzərzadə və onun 15 yaşlı dostu Aqil Təbirli itkin düşüb.Onlar günorta saat 1 radələrində dənizdə məşq etmək üçün rezin qayıq götürərək Xəzər bağları istiqamətinə yollanıblar.Həmin gündən sonra onlardan bir daha xəbər alınmayıb.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Xəzərdə 2 nəfərin meyiti tapıldı - tanınmaz hala düşüblər

Xəzərdə 2 nəfərin meyiti tapıldı - tanınmaz hala düşüblər

Fövqəladə Hallar Nazirliyi Xəzərdə iki meyitin tapılması barədə açıqlama yayıb.BAKU.WS-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlər...

2832 Hadisə 16:42 24 may 2018

Son xəbərlər