DİN Yevlaxda azyaşlının polis tərəfindən döyülməsi faktını nəzarətə götürdü - YENİLƏNDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Yevlax rayonunda yaşayan bir nəfər Rayon Polis Şöbəsinə müraciət edərək azyaşlı oğlunun sinif yoldaşı tərəfindən döyülməsi barədə müraciət edib.
Bu barədə BAKU.WS-ə DİN Mətbuat Xidmətinin Bərdə Reginal qrupundan bildirilib.
Rayon sakini olan qarşı tərəf də azyaşlı övladının həmin uşağın polis əməkdaşı olan valideyni tərəfindən döyülməsi barədə müraciət edib.
Qeyd edilən müraciətlərlə əlaqədar müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir. Araşdırmaların yekunu barədə əlavə məlumat veriləcək.
*** 17:26
Yevlax rayonunda iki məktəbli dalaşıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, rayonda birinci sinifdə təhsil alan iki uşaq mübahisə edib. Nəticədə onlar dalaşıblar.
Bundan sonra uşaqların valideynlərindən biri digər şagirdə şiddət göstərib.
Qeyd edək ki, şiddət göstərən şəxs Yevlax Rayon Polis Şöbəsinin tədqiqatçısı Vüsal Hüseynovdur.
Oxşar xəbərlər
“Səbinə ilə intim fotolarımızı ərinə göndərdim” - Azərbaycanda şok olayın təfərrüatı
Mingəçevir şəhər sakini, 1988-ci il təvəllüdlü Məhəmməd Əliyev qadına təcavüz etməkdə, şantaj və sağlamlığa xəsarət yetirməkdə ittiham olunub. BAKU.WS “teleqraf...