Hipermarketdəki silahlı insidenti törədənlərə qarşı əməliyyatın təfərrüatı - YENİLƏNİB/FOTO

Hipermarketdəki silahlı insidenti törədənlərə qarşı keçirilən əməliyyatın təfərrüatı açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.
Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən biri - 2001-ci il təvəllüdlü Ruhlan İsmayılovun paytaxtın Səbail rayonu H.Z.Tağıyev küçəsindəki binaların birində gizlənməsi müəyyən edilib.
O, saxlanılarkən avtomat silahdan polis əməkdaşlarına qarşı müqavimət göstərib.
Görülən tədbirlərlə o, zərərsizləşdirilib.
Cinayəti törətməkdə şübhəli bilinən digər şəxs və ya şəxslərin də saxlanılması barədə əlavə məlumat veriləcək.
FOTO: Ramin Şahbazov
***21.55
Xətai rayonunda cinayət əməlini törətməkdə şübhəli bilinənənlərdən bir nəfər saxlanılıb, polisə silahlı müqavimət göstərən bir nəfər məhv edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.
Əməliyyat tədbirləri davam edir.
Əlavə məlumat veriləcək.

Oxşar xəbərlər
Hipermarketə basqın edən silahlının saxlanma anının görüntüləri yayıldı - VİDEO
Martın 4-də Xətai rayonu ərazisində yerləşən hipermarketdə silahlı insidenti törədənlərdən birinin saxlanma anının görüntüləri yayılıb. Görüntülərdə basqın etmi...
