DİN-dən “Instagram”dakı dələduzlarla bağlı XƏBƏRDARLIQ - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Son günlərdə “Instagram” platformasında insanları aldadan dələduzlar peyda olub.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, sosial mediada, əsasən “Instagram” platformasında yaradılmış saxta (məs: giveaway qalibləri) səhifələrdən vətəndaşların istifadə etdikləri sosial media hesablarının mesaj bölməsinə yazaraq iştirak etdikləri “giveaway” adlı yarışların qalibi olduqları barədə məlumat verilir.
Belə ki, hədiyyənin çatdırılması üçün onların bank hesablarına ödəniş edilməsi tələbi hallarına rast gəlinir.
Nazirlik vətəndaşların bu tipli mesajlara inanmamasını və heç bir halda ödəniş etməmələrini tövsiyə edir.
Qalereya
Oxşar xəbərlər
DİN-dən “WhatsApp” istifadəçilərinə XƏBƏRDARLIQ - Pullarınız oğurlana bilər
Son dövrlər dələduzluqla məşğul olan bəzi şəxslərin sosial media və elan saytları üzərindən ticarət edən vətəndaşların satışa çıxardığı məhsulları guya almaq mə...