DİN-də vəkil Coşqun İsgəndərova polis əməkdaşları tərəfindən təzyiq göstərilməsi iddiaları araşdırılır
Yeniliklərdən dərhal xəbərdar olun
Şirvan Apellyasiya Məhkəməsində vəkil Coşqun İsgəndərova polis əməkdaşları tərəfindən təzyiq göstərilməsi ilə bağlı iddialar araşdırılır.
Bunu Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-ə açıqlamasında deyib.
E.Hacıyev bildirib ki, vəkil C.İsgəndərovun aidiyyəti olmayan məhkəmə prosesi keçirilən zala daxil olması və münaqişəli vəziyyət yaratması ilə bağlı halların bütün təfərrüatları rayon prokurorluğu tərəfindən araşdırılır.
Eləcə də tərəflər arasında yaranan münaqişədə polis əməkdaşlarının vəkilə qarşı hər hansı hüquqazidd hərəkətlərinin olub-olmaması ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən xidməti yoxlama başlayıb. Araşdırma və yoxlamaların nəticəsindən asılı olaraq, iddialara hüquqi qiymət veriləcək.
Oxşar xəbərlər
DİN: "Narkobiznesin" şərləmə əməliyyatı” adı altında paylaşılan iddialar faktsızdır
"Narkobiznesin" şərləmə əməliyyatı” adı altında paylaşılan iddialar faktsızdır, heç bir sübuta əsaslanmır". BAKU.WS xəbər verir ki, bu barədə "report"a Daxil...