DİN: "BŞİH qarşısında icazəsiz aksiyanın qarşısı alınıb, bir nəfər saxlanılıb"
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında razılaşdırılmamış aksiyanın qarşısı alınıb, bir nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən BAKU.WS-ə bildirilib ki, bu gün saat 16 radələrində bir qrup şəxs Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında razılaşdırılmamış aksiya keçirməyə cəhd edib.
Cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və həmin şəxslər ərazidən uzaqlaşdırılıblar.
Lakin iştirakçılardan sərxoş vəziyyətdə olan, əvvəllər məhkum olunmuş R.Məmmədov polisin xidməti avtomobilinin arxa şüşəsini sındırdığı üçün saxlanılaraq ərazi polis bölməsinə gətirilib.
Hazırda müvafiq araşdırmalar aparılır.
Oxşar xəbərlər
DİN-dən aksiya keçirmək istəyənlərə XƏBƏRDARLIQ
Bir qrup şəxs tərəfindən sentyabrın 30-da Milli Məclisin inzibati binası qarşısında aksiya təyin olunmasına Daxili İşlər Nazirliyindən münasibət bildirilib. DİN...