DİN: "Biləsuvarda yolu kəsməyə cəhd edən şəxslər saxlanılıb"
Yeniliklərdən dərhal xəbərdar olun
Biləsuvar rayonunda bir qrup yerli sakin su problemi ilə əlaqədar olaraq bu gün rayon icra hakimiyyətinin yerləşdiyi küçəni bağlamağa cəhd ediblər.
BAKU.WS xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayevin "Report"un Muğan bürosuna bildirdiyinə görə, rayonun Yuxarı Cürəli və Təzəkənd kənd sakinləri icra hakimiyyətinin yerləşdiyi küçəni bağlamağa cəhd edərək nəqliyyatın hərəkətinə mane olublar.
Bu zaman ərazidə xidmət aparan polis əməkdaşları onlara bununla bağlı xəbərdarlıq edib. Xəbərdarlıqlara riayət etməyən və ictimai asayişi pozan bir neçə rayon sakini polis şöbəsinə gətirilib.
Digər sakinlər isə problemlə əlaqədar olaraq rayon İcra Hakimiyyətinin başçısı və aidiyyəti qurumların rəhbərləri tərəfindən qəbul edilib.
Onların şikayətləri dinlənilib və problemlərinin həlli istiqamətində tədbirlər görülür.
Oxşar xəbərlər
“Səbinə ilə intim fotolarımızı ərinə göndərdim” - Azərbaycanda şok olayın təfərrüatı
Mingəçevir şəhər sakini, 1988-ci il təvəllüdlü Məhəmməd Əliyev qadına təcavüz etməkdə, şantaj və sağlamlığa xəsarət yetirməkdə ittiham olunub. BAKU.WS “teleqraf...