DİN AzTV-nin əməkdaşının öldüyü yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb

DİN AzTV-nin əməkdaşının öldüyü yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb
Hadisə 839

Daxili İşlər Nazirliyi Azərbaycan Televiziyasının (AzTV) əməkdaşının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, sentyabrın 2-də saat 18 radələrində Səbail rayonunun Parlament prospektində Bakı şəhər sakini S.Abdullayev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Qəbələ rayon sakini Sərxan Məmmədovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, S. Abdullayev Azərbaycan Televiziyasının (AzTV) operatoru olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Hacıqabulda dəhşətli gecə: eyni gündə üç nəfər öldü

Hacıqabulda dəhşətli gecə: eyni gündə üç nəfər öldü

Hacıqabul rayonunda ölümlə nəticələnən ard-arda üç yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BAKU.WS-ə verilən məlum...

2709 Hadisə 18:09 29 yanvar 2020

Son xəbərlər