DİN ATV əməkdaşlarının döyülməsi haqqında məlumat yaydı - VİDEO

DİN ATV əməkdaşlarının döyülməsi haqqında məlumat yaydı - VİDEO
Video
Hadisə 1859
 

Daxili İşlər Nazirliyi "ATV” telekanalının əməkdaşlarının Şamaxı şəhərindəki yeməkxanada döyülmələri barədə məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, iyunun 4-də saat 19 radələrində "ATV” telekanalının "Yoxlama” layihəsinin əməkdaşları - Azər İsmayılov, Elgün Bayramlı, Loğman İsmayılov, Arif Quliyev, İlqar Quliyev və Polad Axundzadə Şamaxı şəhərindəki "Şamaxı” yeməkxanasında çəkiliş apararkən oranın sahibi Hüseyn Allahverdiyev və qohumu Elşad Osmanovla aralarında münaqişə baş verib.

Bu zaman H.Allahverdiyev və E.Osmanov "ATV” telekanalının əməkdaşlarını döyüb, habelə onlara məxsus videokameranı, səs qurğusunu və digər avadanlıqları sındırıblar. 

Faktla bağlı toplanmış material rayon prokurorluğuna göndərilib.

Qeyd: Videoda qeyri-etik ifadələrdən istifadə edilib.

BAKU.WS

 

Son xəbərlər