DİN: "Aksiya keçirməyə cəhd göstərən şəxs həbs edildi"

DİN: Aksiya keçirməyə cəhd göstərən şəxs həbs edildi
Hadisə 168

Bu gün bir qrup şəxsin razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərmələrinin qarşısı polis əməkdaşları tərəfindən alınarkən Salyan rayon sakini, hazırda Bakı şəhərində yaşayan 1993-cü il təvəllüdlü Məmiyev Əziz İltifat oğlu polis əməkdaşlarının qanuni tələbinə riayət etməyərək onlara qarşı müqavimət göstərib.

BAKU.WS xəbər verir ki, bunu DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib.

"O, saxlanılaraq barəsində toplanmış materiallarla birlikdə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ə.Məmiyev inzibati qaydada həbs edilib", - deyə məlumatda bildirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər