Direktor təyin edilmək istədi, 20 min manat ZİYANA DÜŞDÜ
Yeniliklərdən dərhal xəbərdar olun
Vəzifə təyinatı ilə bağlı daha bir dələduzluq cinayətinin məhkəmə istintaqı başa çatıb.
BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə Bakı şəhərində baş verib.
İş materiallarından aydın olur ki, təqsirləndirilən şəxs vətəndaşlardan birini Quba rayonu, Elşad Bayramov adına Alpan kənd tam orta məktəbinə direktor vəzifəsinə təyin etdirəcəyini vəd edərək, bunun müqabilində ondan 20 000 manat pul alıb. Lakin o, vədinə əməl etməyib.
Təqsirləndirilən şəxs bundan başqa üç nəfərə qarşı da dələduzluq cinayəti törədib. Ona qarşı, həmçinin oğurluq ittihamı da irəli sürülüb.
Cinayət işinə Səbail Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs dörd il altı ay üç gün azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....