Dini təyinatlı ədəbiyyatın satışı ilə məşğul olan sahibkarın ölkədən çıxışına “stop” qoyulur
Yeniliklərdən dərhal xəbərdar olun
Dini təyinatlı ədəbiyyatın satışı ilə məşğul olan sahibkar Cambulat Cavanşir oğlu Salamovun ölkədən çıxışına məhdudiyyət qoyulur.
BAKU.WS Pravda.az-a istinadən xəbər verir ki, sahibkarla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi edib.
Mahiyyəti vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat) olan iş hakim Zeynəb Axundovanın icraatındadır. Baxış iclası aprelin 8-də keçiriləcək.
Oxşar xəbərlər
İki sahibkarın ölkədən çıxışına məhdudiyyət qoyuldu
Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan iki nəfərin ölkədən çıxışına məhdudiyyət qoyulub. BAKU.WS Demokrat.az-a istinadla xəbər verir ki, İqtisadiyy...