DİN əməliyyat keçirib, narkoşəbəkə üzvləri həbs edilib
Narkoşəbəkə yaradan şəxslərdən 26 kq narkotik aşkarlanıb.
Bu barədə BAKU.WS-ə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı külli miqdarda narkotik vasitənin satışını təşkil edən Xəqani Həmzəyev və Kənan Quliyev paytaxt ərazisində tutulublar.
Onlardan 26 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və metamfetamin aşkarlanıb.
Faktlarla bağlı cinayət işi başlanılıb.
X. Həmzəyev və K. Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Saxlanılan şəxslərin əlbir olduqları narkoşəbəkənin digər üzvlərinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
İsmayıllıda istirahət mərkəzində yanğın baş verib
İsmayıllıda yanğın baş verib. BAKU.WS xəbər verir ki, hadisə axşam saatlarında rayonun Diyallı kəndi ərazisində yerləşən istirahət mərkəzində baş verib. Hadisə...