Dəhşətli cinayət: Elçiliyə getdiyi evdə canlı yayıma çıxdı, hamını güllələdi (FOTO)
20
fev
2018
10:07
Türkiyədə dəhşətli cinayət hadisəsi baş verib.BAKU.WS-in məlumatına görə, hadisə Balıkesir şəhərində baş verib.Məlumata görə, 20 yaşlı Ali Saral ailəsi ilə birlikdə qız istəməyə gedib. Lakin qızın valideynləri ilə mübahisə düşüb.Bundan sonra Ali Saralın valideynləri evə qayıdıb. Saral isə ov tüfəngini götürərək yenidən qızın evinə gedib və qətliam törədib. Onun açdığı atəş nəticəsində 3 nəfər ölüb, 4 nəfər isə yaralanıb.Türkiyə KİV-nin yazdığına görə, ölənlər arasında 2 yaşlı uşaq da var.Bununla hirsi soyumayan Ali Saral qətliam törətdiyi evdən Facebookda canlı yayım edib. Video görünür ki, o yaralı şəxsə “son vəziyyətin budur” deyir.Hadisə yerinə silah səslərini qonşular gəlib və təcili tibbi yardıma, polisə xəbər ediblər.Ali Saral hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun tutulması istiqamətində axtarışları davam etdirirlər.BAKU.WS
Oxşar xəbərlər
Bakıda kişinin arvadının boğazını kəsdiyi evdən görüntülər (VİDEO)
Bakının Binəqədi rayonunda dəhşətli qətlin törədildiyi evin görüntüləri yayılıb. BAKU.WS-in məlumatına görə, Space TV-də yayımlanan “Hadisə harada, Tahirə orada...