"Demokratiya TV"nin rəhbəri həbs edildi
Yeniliklərdən dərhal xəbərdar olun
"Demokratiya TV" internet kanalının rəhbəri həbs edilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Tərtər rayon sakini Arif Paşayev vəzifəli şəxslərdən hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilib.
Məlumata görə, o, Tərtər Su-Meliorasiya sistemlərinin istismarı idarəsinin rəis müavini və rayonun digər vəzifəli şəxsləri barədə rüsvayedici məlumatlar yaymaqla onların əmlaklarını ələ keçirməkdə ittiham olunub.
A.Paşayev barəsində daxil olan şikayət əsasında polis əməkdaşları araşdırmalara başlayıb, keçirilən tədbirlərlə o, saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.
Məhkəmənin hökmü ilə A.Paşayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İş üzrə 8 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Oxşar xəbərlər
Xırdalanda 2 avtobus toqquşdu - Sərnişinlər yolda qaldı
Xırdalan dairəsi yaxınlığında 2 avtobus toqquşub. Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, hadisə zamanı 505 və 135 saylı marş...