Dəmir yollarından ŞAD XƏBƏR - 7 ədəd yeni...
"Azərbaycan Dəmir Yolları" QSC "Bakı Fond Birjası"nda (BFB) 30 milyon ABŞ dolları dəyərində istiqraz yerləşdirməyə hazırlaşır. İstiqrazların hər biri nominal dəyəri 100 ABŞ dolları olmaqla, 300 min ədəd faizli, adlı, təminatsız və sənədsiz olacaq.
BAKU.WS rəsmi sənədlərə istinadən xəbər verir ki, istiqrazlar abunə yazılışı üsulu ilə satışa çıxarılacaq və 60 ay müddətində tədavüldə qalacaq. Onların illik gəlirliliyi 7% təşkil edir və faizlər rüblük ödəniləcək. İstiqrazların geri alınması emissiya müddətində nəzərdə tutulmayıb.
Emitentin planına əsasən, 30 milyon dollarlıq vəsaitin böyük hissəsi lokomotivlərin alınmasına yönələcək. Konkret olaraq, 7 ədəd magistral lokomotivin alınması üçün 25.935 milyon dollar, əlavə olaraq isə 20% ƏDV və gömrük rüsumları üçün 5.187 milyon dollar xərclənəcək.
Oxşar xəbərlər
Bakıda 30 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. DİN-in mətbuat xidməti...