Dəm qazının öldürdüyü deyilən iki uşaq anası özünü asıbmış - FOTO (YENİLƏNİB)

07
iyn
2019
12:31
Bakıda dəm qazından öldüyü bildirilən 42 yaşlı Sevinc Orucovanın intihar etdiyi məlum olub.BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, S.Orucova iyunun 5-də özünü yaşadığı evin hamam otağında asaraq, həyatına son qoyub. Yasamal Rayon Prokurorluğundan verilən məlumata görə, onun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil. Faktla bağlı CM-nin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.10:30:41Bakıda daha bir nəfər dəm qazından zəhərlənərək ölüb.BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, 1977-ci il təvəllüdlü Sevinc Orucova dünən evində dəm qazından boğularaq vəfat edib.Bu barədə S. Orucovanın dostları sosial şəbəkədə məlumat paylaşıb. Qeyd edək ki, S. Orucova ailəlidir, bir qız və bir oğlan övladı var.

Qalereya
Oxşar xəbərlər
Azərbaycanda bağça müdiri hamamda ölü tapıldı
Ağcabədi sakini dəm qazından boğulub.BAKU.WS ONA-ya istinadən xəbər verir ki, hadisə Ağcabədi rayonunun Kəbirli kəndində qeydə alınıb.Kənd sakini, 1968-ci il tə...
