Dəm qazından ölən ana və övladlarının FOTOsu
Dünən Masallı rayonu Dadva-2 küçəsində yerləşən fərdi yaşayış evində ana və iki azyaşlı övladı dəm qazından vəfat edib.
BAKU.WS Manset.az-a istinadən xəbər verir ki, dünyasını dəyişən ana və övladlarının fotosu sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, hadisə yerində ilkin araşdırma zamanı 1998-ci il təvəllüdlü Aytac Əzimova və onun iki azyaşlı oğlunun dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işləri başlanılaraq ibtidai istintaq aparılır.
Oxşar xəbərlər
Masallıda qadın və azyaşlı uşaqları dəm qazından ölüblər
Masallıda üç nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. BAKU.WS xəbər verir ki, bu barədə Masallı Rayon Prokurorluğu məlumat...