Dəhşətli qəzada diri-diri yanan şəxslərin kimliyi məlum oldu - YENİLƏNİB - FOTO

Dəhşətli qəzada diri-diri yanan şəxslərin kimliyi məlum oldu - YENİLƏNİB - FOTO
Foto
Hadisə 1887

Ağcabədi rayonunda baş verən yol qəzasında yanaraq ölən və xəsarət alan şəxslərin şəxsiyyəti müəyyənləşdirilib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, rayonunun Avşar kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı "VAZ-21099" markalı avtomobildə yanaraq ölən şəxslər - rayon sakinləri 1952-ci il təvəllüdlü Dədəkişiyev Hüseyn Məhəmməd oğlu və 1948-ci il təvəllüdlü Dədəkişiyeva Güllü Telman qızıdir.

Hadisə zamanı digər "VAZ-2107" markalı avtomobilin sürücüsü - 1992-ci il təvəllüdlü Məmmədov Orxan İlham oğlu ağır xəsarət alaraq Agcəbədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Vəziyyəti ağır olan O.Məmmədov Bakı şəhərində yerləşən xəstəxanalarının birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

***12:17

Ağcabədi rayonunun Avşar kəndində “VAZ” markalı iki minik avtomobilinin toqquşub.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə bildiriblər ki, toqquşmadan sonra avtomobillərdən biri yanıb. Yanğının kəşfiyyatı zamanı avtomobildə aşkarlanan iki nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) yanmış meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər