DƏHŞƏT! - Altıotaqlı fərdi yaşayış evi yanıb KÜL OLDU
Yeniliklərdən dərhal xəbərdar olun
Beyləqan rayonunda fərdi yaşayış evində yanğın baş verib.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında rayonun Qəhrəmanlı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Bəhmən Kərimova məxsus fərdi yaşayış evində başlayan yanğın anidən güclənib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Beyləqan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 160 kvadratmetr (6 otaqlı ev - red.) olan ev yanaraq yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....