Daşkəndə uçan təyyarə Bakıya məcburi eniş edib
Yeniliklərdən dərhal xəbərdar olun
17 oktyabr tarixində "LOT Polish Airlines" aviaşirkətinə məxsus, Varşava–Daşkənd marşrutu üzrə hərəkət edən "Boeing 737" tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib.
BAKU.WS xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.
Bildirilib ki, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətində yaranmış problem olub.
Hava gəmisinin enişi yerli vaxtla saat 22:25-də təhlükəsiz şəkildə həyata keçirilib.
Sərnişinə tibbi heyət tərəfindən dərhal zəruri ilkin tibbi yardım göstərilib.
Heydər Əliyev Beynəlxalq Aeroportu hər zaman beynəlxalq hava nəqliyyatı standartlarına uyğun şəkildə fəaliyyət göstərərək, fövqəladə hallarda operativ reaksiya, təhlükəsizlik və insan amilini əsas prioritet kimi qiymətləndirir.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....