Daşkəsəndə yanacaqsaxlama çəninin istismarı dayandırılıb - FOTO/VİDEO
Daşkəsən rayonunda yanacaqsaxlama çəninin istismarı dayandırılıb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, Gurbulaq kəndində yerləşən yanacaqsaxlama çənində növbədənkənar yoxlama aparılıb, insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb. Belə ki, istismar olunan bir ədəd yanacaqsaxlama çəninin üzərində nəfəslik klapanının quraşdırılmadığı, boşalma zamanı avtoçənin ümumi torpaqlama konturuna birləşdirmə vasitəsinin olmadığı müəyyənləşib.
Nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq yanacaqsaxlama çəninin istismarı dayandırılıb.
Qalereya
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...