İdarə rəisi ciddi nöqsanlara görə işdən çıxarıldı
02
mar
2023
17:05
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Mədəniyyət Nazirliyinin Şəki Regional Mədəniyyət İdarəsinin rəisi işdən çıxarılıb.
BAKU.WS-in xəbərinə görə, Mədəniyyət Nazirliyindən report-a bildirilib ki, bununla bağlı mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimli əmr imzalayıb.
Əmrə əsasən, Azər Yusubov işində yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifəsindən azad edilib.
Digər əmrlə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynova işində yol verdiyi ciddi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Oxşar xəbərlər
Mövlam Şixəliyevin orden və medalları alınıb - SİYAHI
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbəni...