Dağlıq Qarabağda daha bir erməni əsgəri öldü

Dağlıq Qarabağda daha bir erməni əsgəri öldü
Hadisə 1413
 

Bu gün saat 14:45 radələrində Dağlıq Qarabağın şərq istiqamətində erməni əsgəri ölüb.

BAKU.WS ölkə.az-a istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü Qor Qevorkoviç Ovannisyan aldığı güllə yarasından keçinib. Ovannisyan separatçı rejimin tərkibində müqavilə əsasında xidmət göstərirmiş.

Erməni mətbuatının iddiasına görə Ovannisyan güllə yarasından ölüb. Amma sosial şəbəkə istifadəçisi ermənilərin iddiasına görə, hərbi hissədə baş verən qarşıdurma zəmnində atışma olub və Qor Qevorkoviç bu münaqişə zəmnində qətlə yetirilib.

Qondarma respublikanın qondarma müdafiə nazirliyi insidentin detallarını öyrənmək üçün istintaq aparılır.

Qeyd edək ki, son dövrlər erməni hərbçiləri arasında hərc-mərclik, qarşıdurma sürətlə davam edir. Bir çox hallarda isə erməni əsgərlər arasında zorakılıq, homoseksuallıq hallarının geniş vüsət alması barədə elə erməni mətbuatı özü xəbərlər paylaşır.

BAKU.WS

Oxşar xəbərlər

Dağlıq Qarabağda daha bir erməni əsgəri ölüb

Dağlıq Qarabağda daha bir erməni əsgəri ölüb

Dağlıq Qarabağda daha bir erməni əsgər ölüb. APA-nın "news.am” saytına istinadən verdiyi məlumata görə, ölən şəxs 1997-ci il təvəllüdlü Qor Qareqinyandır. Erm...

1661 Siyasət 16:20 06 fevral 2017

Son xəbərlər