Daha bir klinikada qanunsuzluq: Bloqeri reklam çəkilişi üçün əməliyyat otağına saldılar

Daha bir klinikada qanunsuzluq: Bloqeri reklam çəkilişi üçün əməliyyat otağına saldılar
Video
Hadisə 203

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova həkimlərlə bağlı daha bir paylaşımla diqqət çəkib.

BAKU.WS Axşam.az-a istinadən xəbər verir ki, onun yayımladığı video "Medipoint" klinikasında lentə alınıb.

Görüntüdə bloqer Arifə Məmmədovanın süni mayalanma əməliyyatı zamanı həkimlərlə bərabər otağa çəkiliş qrupu ilə birlikdə girdiyi, proses boyunca orada olduğu yer alıb. Bunu reklam məqsədilə edən klinika və bloqer videonun tənqid edildiyini görəndən sonra görüntülər sosial şəbəkələrdən silinib.

Q.Ataşova bildirib ki, əməliyyatı icra edən ginekoloq Vüsalə Rəhimovadır:

"Əməliyyat otağı podium deyil. Süni mayalanmadakı rəzillik bir dərddirsə, cərrahiyyə otağındakı reklam başqa bir faciədir. Orada həyatla ölüm arasında yalnız bir cərrahın əlləri dayanır. Dünyanın, məsələn, ABŞ kimi "geridəqalmış" ölkələrində əməliyyat otağına bloqer yox, yalnız lisenziyalı tibb işçiləri girirlər. Kamera? O da yalnız etik komitənin yazılı icazəsi ilə. Bəs bizdə nə baş verir? Sualım var: Səhiyyə Nazirliyinə, özəl klinikaların rəhbərlərinə və əməliyyat otaqlarına cavabdeh olan hər kəsə - bloqer əməliyyata niyə girir?

Təbii ki, həkimi reklam etmək eşqi ilə. Bəs sizin qaydalarınız haradadır? Əməliyyat otağında pasiyentin toxunulmazlığına, məxfiliyinə kim cavabdehdir? Bu yer axı mətbəx deyil. Tibb işçisi olmayan, tamamilə yad bir insan, cərrah bıçağının yanında, həkimin arxasında "kontent çəkir" və siz hələ də susursunuz?

Nə həkimi tanıyıram, nə də reklam çəkən xanımı. Hətta xanımı da qınamıram, çünki ona icazə verilməsəydi, əsla o otağa girə bilməzdi. Doktor Vüsalə Rəhimova, siz buna necə icazə verə bildiniz? Axı siz bu xalqın ziyalı təbəqəsindənsiniz".

Qeyd edək ki, bundan əvvəl də əməliyyat otağında çəkiliş aparılması məsələsi müzakirə edilib, həkim cəzalandırılıb. Mama-ginekoloq Ləman Əliyeva doğuş zamanı otaqda ad günü edib və cəzalandırılıb.

Son xəbərlər