Dağıstanın daha bir şəhərində atışma olub, bir polis ölüb, altısı yaralanıb
23
iyn
2024
21:05
Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində naməlum şəxslərin hücumu nəticəsində 1 polis əməkdaşı həlak olub, 6-sı yaralanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Dağıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Mahaçqalada ilkin olaraq bir polis əməkdaşı həlak olub, altısı yaralanıb”, - məlumatda deyilir.
Mülki əhali arasında yaralı və ölənlərin olmadığı qeyd edilir.
Bundan əvvəl Dağıstanın Dərbənd şəhərində naməlum şəxslər sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutub, bir polis əməkdaşı həlak olub, biri isə yaralanıb.
Oxşar xəbərlər
Rusiya DİN: Mahaçqalada iğtişaşlarda iştirak edən bütün şəxslər məsuliyyətə cəlb olunacaqlar
Mahaçqala hava limanının ərazisində iğtişaşlarda iştirak edən bütün şəxslər saxlanılaraq məsuliyyətə cəlb olunacaqlar. "Report" xəbər verir ki, bu barədə Rusiya...