Culfada baş verən yanğında xəsarət alan azyaşlı ölüb

Culfada baş verən yanğında xəsarət alan azyaşlı ölüb
Foto
Hadisə 122

Bu gün Culfa şəhərində baş verən yanğın zamanı xəsarət alan azyaşlı həyatını itirib.

BAKU.WS report-a istinadən xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq, yanğın nəticəsində xəsarət alan 2023-cü il təvəllüdlü Emil Cəfər oğlu Zeynalovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, yanğın zamanı 2004-cü il təvəllüdlü Fidan Dünyamin qızı Zeynalova da xəsarət alıb. Hazırda onun müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Culfada baş verən yanğında xəsarət alan azyaşlı ölüb

***13:45

Culfa şəhərində beşmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı xəsarət alanların kimliyi və son vəziyyətləri açıqlanıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə nəticəsində 2004-cü il təvəllüdlü Fidan Dünyamin qızı Zeynalova və onun 2023-cü il təvəllüdlü övladı Zeynalov Emil Cəfər oğlu xəsarət alıblar.

Yaralılar ilkin olaraq Culfa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, daha sonra isə vəziyyətləri nəzərə alınaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına təxliyə ediliblər.

Onların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***10:42

Naxçıvan Muxtar Respublikası (MR) Culfa şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı iki nəfər xəsarət alıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə şəhərdəki beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində qeydə alınıb.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, yanğın söndürülüb.

Yanğın nəticəsində xəsarət alan iki nəfər Culfa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyətləri normal qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər