Cinayət törədib qaçan əsgərin ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
23
noy
2017
18:00
Azərbaycan Müdafiə Nazirliyi meyiti Ermənistan silahlı qüvvələrinin mövqeləri yaxınlığında qalan azərbaycanlı əsgərlə bağlı mlumat yayıb.Müdafiə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən, 05.01.2017-ci il tarixdə Sədərək rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəlilbəyli Bəhrüz Pərviz oğlunun (27.11.1998-ci il təvəllüdlü) meyitinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətindəki qoşunların təmas xəttində, Ermənistan silahlı qüvvələrinin mövqeləri yaxınlığında olduğu müəyyən edilib.Açılmış cinayət işi üzrə istintaq davam etdirilir.BAKU.WS
Oxşar xəbərlər
Erməni generaldan müharibə xəbərdarlığı: "Vəziyyət ildırım sürəti ilə dəyişə bilər"
Azərbaycan - Ermənistan sərhədinin Naxçıvan ərazisində vəziyyət istənilən an dəyişə bilər. ANS PRESS-in "Sputnik-Armeniya" saytına istinadən verdiyi məlumata...