Cibdən "iPhone" oğurlayan şəxs SAXLANILDI
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Nəsimi rayonunda bir nəfər polisə müraciət edərək ictimai nəqliyyat vasitəsindən istifadə edən zaman cibində olan "iPhone" markalı mobil telefonunun talandığını bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə cibgirlik əməlində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı Şəmsi Məmmədov müəyyən edilərək saxlanılıb. Onun Yasamal rayonu ərazisində də analoji əməllər törətdiyi məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...