Çörək bişirmə müəssisəsi yandı, alov digər bir sexə və avtomobilə keçdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ağstafa rayonunda çörək bişirmə müəssisəsində yanğın hadisəsi baş verib.
BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qurğun qəsəbəsi Zinayə Əzizovaya məxsus olan çörək sexində qeydə alınıb.
Hadisə nəticəsində 500 m2 ərazi tamami ilə yanıb, sahibkara təxminən 200 min manatdan artıq ziyan dəyib. Alov həmçinin yaxınlıqda olan inkubator sexinə və "Prado" markalı avtomobilə də sıçrayıb. Nəticədə avtomobil də yanaraq yararsız vəziyyətə düşüb.
Yanğın zamanı ev sahiblərindən biri Əzizov İlqar Kommunar oğlu tüstüdən zəhərlənib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti normaldır.
Qalereya
Oxşar xəbərlər
"Eurohome"da sahibkarların yanan pullarını kim ödəyəcək? - ARAŞDIRMA
2 gün öncə “Eurohome” ticarət mərkəzində baş vermiş yanğın yenidən ticarət mərkəzlərinin sığorta məsələsini gündəmə gətirdi. BAKU.WS xəbər verir ki, bu məsələ i...