Çimərlikdə daha bir oğurluq hadisəsi baş verib
17
iyl
2024
11:22
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Səbail rayonu ərazisində yerləşən çimərlikdə oğurluq edən şəxs də polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə DİN-in mətbuat xidmətində BAKU.WS-ya məlumat verilib.
Belə ki, Səbail rayonu ərazisində yerləşən çimərlikdə bir nəfərin 3300, digər şəxsin isə 3000 manat dəyərində mobil telefonlarının oğurlanması barədə polisə məlumat daxil olub.
Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Oxşar xəbərlər
“Duşla seyfi sulayırdım ki, içindəki pullar yanmasın” - Bakıda film kimi hadisə
Bakıda evdən külli miqdarda pul və qızıl oğurlamış şəxslərin məhkəməsi başa çatıb. BAKU.WS xəbər verir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, Yasamal ray...