Çay evində bıçaqlanma
Yeniliklərdən dərhal xəbərdar olun
İsmayıllı rayon sakini həmkəndlisi tərəfindən bıçaqlanıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, rayonun Kürdmaşı kənd sakini, 2003-cü il təvəllüdlü Abbasov Rövşən Elşən oğlu çay evində olarkən şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmkəndlisi, 1999-cu il təvəllüdlü Məmmədov Anar Arzu oğluna bıçaqla iki dəfə xəsarət yetirib.
Hadisəni törədən Rövşən Abbasov həmkəndlisi Hüseyn adlı şəxsin "Ford" markalı avtomobili ilə hadisə yerindən qaçıb. O, Diyallı kəndi ərazisində avtomobili yolun kənarında saxlayaraq piyada qaçarkən polis əməkdaşları tərəfindən saxlanılıb. Yaralı Anar Məmmədov təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...