Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.
Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, məhkumla qısamüddətli görüşə gəlmiş qohumunun üzərinə baxış keçirilən zaman 2 ədəd sellofan bükülüdə çəkisi 8,212 qram heroin və 4,873 qram metamfetamin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.
Qalereya
Oxşar xəbərlər
Naxçıvanda yas mərasimində 20-dən çox şəxs dəm qazından zəhərlənib
Naxçıvanda dəm qazından 20-dən çox şəxs zəhərlənib. Hadisə Babək rayonunun Kültəpə kəndində yas mərasimində baş verib. İlkin məlumata görə, zərərçəkmişlər Naxçı...