Ceyranbatan su anbarının yaxınlığında yenidən yanğın başlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonunda Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos sahəsində təqribən 2 ha ərazidə yanğın olması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikasını və Mülki müdafiə qoşunlarının şəxsi heyətini cəlb etməklə yanğına qarşı təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Bu barədə BAKU.WS-ə FHN-dən məlumat verilib.
Hal-hazıradək yanğın nəzarətə götürülüb və yayılmasının qarşısı alınıb. Yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, iyunun 11-də də Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında baş vermişdi. Yanğının söndürülməsi üçün FHN-in canlı qüvvəsi və 17 ədəd texnikası, Aviasiya dəstəsinin 3 ədəd helikopteri, Mülki müdafiə qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti cəlb olunmuşdu.
Oxşar xəbərlər
Ceyranbatandakı yanğın söndürülüb - VİDEO - YENİLƏNİB-3
Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri (FHN) tərəfindən saat 16:49-da söndürül...