Cəlilabadın bir sıra ərazilərində elektrik enerjisinin verilişi təmin olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Güclü qara baxmayaraq, "Azərişıq" ASC Cəlilabadda elektrik enerjisinin bərpasını davam etdirir.
ASC-dən BAKU.WS-ə verilən məlumata görə, qar Cəlilabad rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində çətinliklər yaradıb.
Külək və qar xətlərdə qəzalara səbəb olub. Qar bağlayan yollarda nəqliyyatla hərəkət etmək, kəndlərə gediş-gəliş çətinləşib. Şaxtalı, qarlı havada bütün çətinliklərə baxmayaraq "Azərişıq" ASC-nin əməkdaşları bir neçə gündür həm Cəlilabadda, həm də güclü qar yağan digər rayonlarda baş vermiş qəzaları aradan qaldırmaq üçün fasiləsiz işləyir. Artıq bir sıra ərazilərdə enerjinin verilişi təmin olunub.
Qısa zaman ərzində digər ərazilərdə də elektrik enerjisi bərpa ediləcək.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....