Cəlilabadda Uzuntəpə su anbarında subasma təhlükəsi yaranıb
28
fev
2026
13:50
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Cəlilabadda ötən gündən başlayan intensiv yağışlardan sonra Mişarçayda suyun səviyyəsi kəskin artıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hazırda çaydan sel keçir.
Həmçinin rayonda yerləşən Uzuntəpə su anbarında suyun həcmi maksimum həddə çatıb. Anbarda subasma təhlükəsi yarandığı üçün əraziyə texnika cəlb olunub. Eləcə də müvəqqəti bəndlər qurulub.
Hazırda su anbarında daşqın təhlükəsi var. Təhlükənin artacağı təqdirdə suyun təhlükəsiz ötürülməsi üçün anbarın qarşı hissəsinin texnika vasitəsilə açılması nəzərdə tutulur.
Qalereya
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...