Cəlilabadda toy sahibi cərimələndi
Yeniliklərdən dərhal xəbərdar olun
Cəlilabad rayonunda həyətdə toy edən şəxsin karantin qaydalarını pozduğu aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə Cəlilabad şəhəri ərazisində fərdi yaşayış evlərindən birinin həyətyanı sahəsində təşkil edilən toy məclisində iştirak edən qonaqların müəyyən edilmiş say həddindən artıq olduğu aşkarlanıb.
Karantin rejim qaydalarının pozulduğuna görə toy təşkilatçısı Ə.Nəbiyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunub.
Oxşar xəbərlər
Şadlıq sarayının sahibi 4000 manat cərimələnib
Cəlilabad rayonunda şadlıq sarayının sahibi 4000 manat cərimələnib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BAKU.WS-ə verilən m...