Cəlilabadda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

Cəlilabadda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
Hadisə 32

Cəlilabadda yaşadığı ünvanı tərk edən aktiv koronavirus xəstəsi aşkar edilib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, rayon sakini İ.Hüseynova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin rejimi qaydalarını kobud şəkildə pozduğu və yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Onun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər