Cəlilabadda imtahandan qayıdan şagirdlər qəzaya düşüb, yaralılar var
26
apr
2026
17:54
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS report-a istinadən, qəza rayonun Zopun kəndi ərazisində qeydə alınıb.
Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində bir neçə nəfər yaralanıb.
Yaralılar rayon xəstəxanasına çatdırılıb və hazırda onlara tibbi yardım göstərilir.
Məlumata görə, avtomobillərdən birində bu gün keçirilən 9-cu siniflərin buraxılış imtahanından qayıdan şagirdlər olub. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
38 saylı poliklinikada rentgen kağızı elektrik "plitəsi" ilə quruduldu
Bakıda yerləşən 38 saylı poliklinikada rentgen kağızının elektrik "plitəsi" ilə qurudulub. Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. Vətəndaşın...