Cəlilabadda 26 yaşlı qadın 15 gündür itkindir
Cəlilabadda 26 yaşlı qadın itkin düşüb.
"Qafqazinfo" xəbər verir ki, rayon sakini Mətanət Hüseynova fevralın 9-da rayonun Sərhədabad kəndində yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib. O bir daha geri qayıtmayıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, şəxsin itkin düşməsi ilə bağlı daxil olmuş məlumat üzrə axtarış elan edilib. Hazırda onun tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Şəxsi görənlərdən DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin (+994) 55-248-17-33 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş edilir.
Oxşar xəbərlər
Bakının məşhur qızıl mağazasının özbək işçisindən şikayət: Minlərlə manat pulla bağlı məhkəmədə iddia qaldırıldı
Qızıl satışı adı ilə vətəndaşlara qarşı yarım milyon manatdan artıq dələduzluq etməkdə təqsirləndirilən Özbəkistan vətəndaşı Guzal Mamatovanın cinayət işi üzrə...