Çay evində qumarxana aşkarlandı - saxlanılanlar var
Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisindəki çay evlərindən birində "poker” kart-qumar oyunları təşkil olunduğu müəyyən edilib.
Daxiliu İşlər Nazirliyindən (DİN) BAKU.WS-ə verilən məlumata görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən Bakı şəhər sakinləri Kamil Mürsəliyevin və Samir Vəliyevin Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində icarə əsasında işlətdikləri çay evində "poker” kart-qumar oyunları təşkil etmələri müəyyən edilib.
Həyata keçirilən əməliyyat tədbirləri ilə ora baxış zamanı "poker” oyun kartları və pul vəsaitləri maddi sübut kimi aşkar edilərək götürülüb, K.Mürsəliyev və S.Vəliyev saxlanılıblar.
BAKU.WS
Oxşar xəbərlər
DİN "qara bazar"da əməliyyat keçirdi - dollar və avro satanlar yaxalandı
Daxili İşlər Nazirliyi Bakıda "qara bazar”da qanunsuzvalyuta satan şəxsləri saxlayıb. Bu barədə BAKU.WS-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib. DİN-...