Cahangir Hacıyevin evi polis mühasirəsinə alındı – VİDEO

Cahangir Hacıyevin evi polis mühasirəsinə alındı – VİDEO
Video
Hadisə 2968

Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyevə və qohumlarına məxsus mülklərin polis mühasirəsinə alındığı haqda bir neçə gün əvvəl xəbər vermişdik.

BAKU.WS xəbər verir ki, Azadliq.info mülklərin necə mühasirəyə alınmasının videogörüntülərini yayıb.

Hacıyevə yaxın mənbələrdən alınan xəbərdə deyilirdi ki, bankirin 15 il azadlıqdan məhrum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunandan dərhal sonra onun özünə və yaxınlarına məxsus evlərə polis qüvvələri göndərilib. Onun metronun "İçərişəhər” stansiyasının yaxınlığında yerləşən mənzili, həmçinin bacısına məxsus Mərdəkandakı bağ evi, eləcə də anasından miras qalan evi polis qüvvələri mühasirəyə alıb.

Həmin görüntüləri təqdim edirik:

BAKU.WS 

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

15 il azadlıqdan məhrum olan azərbaycanlı bankirin evini polis mühasirəyə aldı

15 il azadlıqdan məhrum olan azərbaycanlı bankirin evini polis mühasirəyə aldı

Cahangir Hacıyevin və yaxınlarının evi polislər tərəfindən nəzarətə götürülüb. Bu barədə musavat.com-a C.Hacıyevin yaxınları məlumat verib. Məlumata görə, Caha...

1970 Hadisə 18:20 14 oktyabr 2016

Son xəbərlər