Bulvarda suya düşən kişi və qadın xilas edilib - ANBAAN GÖRÜNTÜLƏR
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində vətəndaşların dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.
BAKU.WS xəbər verir ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Bakı-bulvarı" dalğıc-axtarış qrupu cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1998-ci il təvəllüdlü Şıxəliyeva Tavat Baxşeyiş qızı və 1997-ci il təvəllüdlü Şıxəliyev Dünyamin Salam oğlu dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
Tbilisidə azərbaycanlı saxlanıldı: silah və narkotik aşkarlanıb
Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan vətəndaşı saxlanılıb. Əməliyyat şəhərin İsanı-Samqori rayonunda həyata keçirilib. Məlumata görə, 2001-ci il təvəllüdlü...