Bufetdəki dönərdən zəhərlənən tələbələr danışdı
Ötən gün Bakı Dövlət Universitetinin Qazax filialının bufetində 18 tələbə dönərdən zəhərlənib.
BAKU.WS xəbər verir ki, zəhərlənən tələbələr Xəzər TV-yə hadisənin təfərrüatını danışıblar.
"Universitetin bufetində dönər yedim, elə həmin gün vəziyyətim pisləşdi. Qızdırmam qalxdı, mədəm bulandı. Məndən başqa yaxın dostum da dönərdən zəhərlənib", - tələbələrdən biri bildirib.
Digər tələbənin sözlərinə görə, bu hal ilk dəfədir baş verib: "Üç ildir ki, bu bufetdə dönər yemişik, ama heç belə halla qarşılaşmamışdıq. Ancaq 2 gün əvvəl dönərdən zəhərləndik. Həkimlərin səyləri nəticəsində bu gün daha yaxşıyıq".
Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə bufetdəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub. Bufetin fəaliyyəti isə məhdudlaşdırılıb.
Daha ətraflı "Xəzərxəbər"in sujetində:
Oxşar xəbərlər
Namiq Mənanın restoranında DAVA - SAXLANILAN VAR
Oktyabrın 10-na keçən gecə Abşeron rayonu Saray qəsəbəsində yerləşən "Mor-Mor" restoranında insident baş verib. BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki,...